15 Dekabr 2017, Cümə - 10:29

V.Bottas: “Sadəcə bəxtimiz gətirdi”

V.Bottas: “Sadəcə bəxtimiz gətirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:02 - 16 İyul, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Rəykkönenin təkərinin partlaması hesabına ikinci olduğu üçün bəxtəvərdir.

F-1.az xatırladır ki, 28 yaşlı sürücü yarışa 9-cu yerdən başlasa da, mükəmməl sürüş və strategiya ilə ikinci yeri tutub. Finalndiyalı sürücü yarışın sonuna 3-cü yerdə girsə də, Rəykkönenin təkərinin gözlənilmədən partlaması ilə ikinci yerə yüksələ bilib.

Valtteri Bottas: “Çətin şəraitə baxmayaraq, komanda olaraq mükəmməl həftəsonu keçirdik. Bu gün inanılmaz şeylər etdik. Bolidi sürmək rahat idi və tempimiz də çox yüksək idi. Komanda həm mənim üçün, həm də Lyuis üçün əla strategiya seçdi. Yarışa Soft təkərlərlə başladım və ilk hissə mənim üçün uzun oldu. Pitə gec getsəm də, hər şey mükəmməl idi. SuperSoft təkərlərə keçdikdən sonra isə daha da sürətləndim və Sebastyanı geridə qoydum. Əslində ikinci yer real görünmürdü. Amma bəxtimiz gətirdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 899
Teqlər , , ,
Paylaş

logo