24 Sentyabr 2017, Bazar - 21:47

V.Bottas: “Red Bull-un sürəti 1 yarışlıqdır”

V.Bottas: “Red Bull-un sürəti 1 yarışlıqdır”

Müəllif: Rauf Hacıyev, redaktor

17:08 - 02 İyun, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Red Bull komandası bütün yarışlarda liderlik uğrunda mübarizə apara bilməyəcək.

F-1.az xatırladır ki, Red Bull komandası Monakoda yaxşı performans göstərərək, Rikkardo ilə podiuma yüksəlmiş, Ferstappen isə yarış ərzində Bottasla 4-cü yer uğrunda amansız mübarizə aparmışdı.

Valtteri Bottas: “Red Bull-un üstünlüyü Monako yarışına görə idi, çünki Monte Karlo tayı bərabəri olmayan trasdır. Burada asfaltayatma qüvvəsi, asfaltla ilişmə və kələ-kötür yerlərdən keçərkən, trayektoriya dəyişimi yaxşı olan bolidin olması vacibdir. Kanada isə çox fərqlidir. Orta sürətli döngələr və şikanalardan boldur.

Gec ya da tez rəqabətədavamlı olacaqlar. Red Bull güclü komandadır və buna görə də onları hesabdan silə bilmərik. Lakin düşünürəm ki, Kanada yarışı onlar üçün çətin olacaq.

Monakoda 3-cülüyü itirdiyim üçün məyusam. Qızmış əyləclərlə Saynsın arxasında ilişib qaldım və bu əsnada Rikkardo sürətli dövrələr vururdu. Fürsətdən istifadə etdilər. Bizim üçün bu xalları əldən vermək pis oldu. Monakodakı gedişatdan narazıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 390
Teqlər , , , ,
Paylaş

logo