19 Noyabr 2017, Bazar - 18:20

V.Bottas: “Qırmızı bayraqlar poulu əlimdən aldı”

V.Bottas: “Qırmızı bayraqlar poulu əlimdən aldı”

Müəllif: Rauf Hacıyev, redaktor

21:25 - 24 İyun, 2017

Mercedes AMG komandasının sürücüsü Valtteri Bottas bildirib ki, qırmızı bayraqlar çıxmasaydı, rahatlıqla poul qazana bilərdi.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda üçqat Dünya Çempionu Həmiltondan 0.4 saniyə geri qalaraq, 2-ci yeri tutub.

Valtteri Bottas: “İstədiyimiz kimi olmadı. Asfaltla ilişmə yaxşı deyildi. Qırmızı bayraqdan əvvəl güclü idik. Buna görə də poul qazana bilmədiyim üçün məyusam. Bakıdakı hədəfim poul idi. Sevincliyəm, çünki sərbəst yürüşlərə nisbətən daha yaxşı təsir bağışladıq. Əvvəlcə çox itirsək də, hər şeyi tərsinə çevirə bildik. Startdakı vəziyyətimiz əladır. Komandaya ilk iki yeri qazandırdığımız üçün sevincliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 951
Teqlər , , , ,
Paylaş

logo