V.Bottas: “Qələbə qazana bilərdim”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, qələbə uğrunda mübarizə aparmaq istəyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa ikinci yerdən başlasa da, startda Fettelin gerisinə düşüb və uzun müddət almaniyalı sürücünün arxasında çox vaxt itirib.

Valtteri Bottas: “Qələbə üçün mübarizə aparmaq istərdim, amma komandamız üçün əla yarış oldu. Mükəmməl bolidimiz var və komanda dedi ki, tək pit-stoplu strategiya lazımdır. Sözün açığı, bunun yaxşı işləyəcəyinə inanmırdım. Amma sonda istədiyimiz nəticəni ala bildik. Ümumilikdə gözəl həftəsonu idi. Komanda olaraq qüsursuz performans göstərdik və belə dava etmək istəyirik. Təbii ki, buradakı hədəfim qalib gəlmək idi. Lyuisə çox yaxın olsam da, qalib gəldi. Onu təbrik edirəm. Ümid edirəm ki, növbəti yarışlar mənim üçün yaxşı olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*