V.Bottas: “Qələbə istəyirəm”

Mercedes komandasının sürücüsü Valtteri Bottas poul qazandıqdan sonra bildirib ki, bu uğurunu qələbəyə çevirmək istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstriyada bu mövsümdə ilk poulunu qazanıb.

Valtteri Bottas: “Bütün həftəsonu ərzində inkişafımız yaxşı idi. Cümə günündən etibarən sazlanmalarla çox işlədik və balansımız yaxşı idi. Boliddə özümü yaxşı hiss etdim. Buna görə də bolidi son həddə sürə bilirdim. İndi isə yarış barədə düşünməliyik. Yaxşı starta ehtiyacım var və ilk döngəyə gələndə boş yerə qəhrəmanlıq etmək yersizdir. Bu mövsüm hələ də qələbə qazanmamışam və uğura acam. Ümid edirəm ki, gözəl yarış olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*