V.Bottas: “Qələbə əldən getdi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, təmiz qələbəni əldən verib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 3-cü yerdən başlasa da, startda Rəykköneni keçərək 2-ci olub və daha sonra isə uğurlu pit-stopla Sebastyan Fetteli geridə qoyaraq liderliyə yüksəlib. Amma təhlükəsizlik maşını vaxtı Soft təkərləri götürən Rikkardo təzə təkərlərlə finlandiyalı sürücünü keçərək qalib olub.

Valtteri Bottas: “Yarış bizim üçün əla gedirdi. Təhlükəsilzik maşını gözlənilmədən çıxdığı üçün problem yaşadıq. Məyusam. Rikkardonu arxamda saxlaya bilmədim. Nəticədə onun təkərləri daha təzə idi. Buna görə də çətin olacağını bilirdik. Yarışın sonunda Rəykkönen də hücumlar edirdi, amma təhlükəsizlik maşını olamsaydı, rahatlıqla qalib gələrdik. Tempimiz yaxşı idi, amma belə hallar olur. Ümid edirəm ki, növbəti yarışlarda hər şey bizim üçün yaxşı olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*