15 Dekabr 2017, Cümə - 23:51

V.Bottas: “Problemin qaynağını bilirik”

V.Bottas: “Problemin qaynağını bilirik”

Müəllif: Rauf Hacıyev, redaktor

22:03 - 25 May, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas Monakoda ikinci sərbəst yürüşlərdə 10-cu olduqdan sonra problemlərin səbəbini bildiklərini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci sərbəst yürüşlərdə lider Fetteldən 1.3 saniyə geridə qalıb.

Valtteri Bottas: “Real sürətimiz bu deyil. Komanda olaraq 8-ci və 10-cu yerə görə sevinə bilmərik. Birinci sərbəst yürüşlərdən sonra sazlanmalarda bəzi dəyişikliklər etdik və bunlar bolidə pis təsir etdi. Amma problemin səbəbini bilirik və əminəm ki, sıralanma turunda rəqabətədavamlı olacağıq.

Sessiyanın sonuna doğru fərqli şeylər sınadıq və işə yaradılar, lakin təkərlərimiz yeyildiyi üçün əvvəlki kimi effekti olmadı. Sabah tam günümüz var və bizə problemləri həll etməyə kömək edəcək. Ferrari və Red Bull çox sürətlidirlər. Toro Rosso-lar da sürpriz etmək istəyirlər. Bizi çətin şənbə günü gözləyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 77
Teqlər , , ,
Paylaş

logo