V.Bottas: “Poul mümkünsüz idi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, poul qazanacaq qədər güclü olmayıblar.

F-1.az xatırladır ki, Bottas son cəhdində yaxşı dövrə vurub liderliyə yüksəlsə də, Fettelin mükəmməl dövrə vurması ilə ikinciliyə düşüb.

Valtteri Bottas: “Yaxşı dövrəyə oxşayırdı. Xüsusən də son sektorda güclü idim. Amma poul mümkünsüz idi. Əlimdən gələni etdim. Bəlkə bir az da güclü olardıq. Amma birincilik mümkün deyildi. Yarışda yaxın olacağıq. Düzgün strategiya yarışa təsir edəcək. Startların üzərində işləyirik və inkişaf etmişik. Liderliyi ələ almağa fokuslanacam. Eyni təkər tərkibi ilə başlayırıq. Yarış tempində də yaxın olacağıq. Amma Ferrari bu il qəşəng start alır. Görək necə olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*