V.Bottas: “Poul komanda üçün idi”

Braziliya Qran Prisində poul qazanan Valtteri Bottas bildirib ki, komandasına özünü yaxşı tərəfdən göstərdiyi üçün sevinclidir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son cəhdində mükəmməl dövrə vuraraq, poul qazanıb.

Valtteri Bottas: “Özümü əla hiss edirəm. Həftənin əvvəlindən Ferrari ilə yaxın mübarizədə idik və birinci işi gördüyümüz üçün xoşbəxtəm. İndi önümüzdə uzun yarış var və ancaq qələbə haqqında düşünürəm. Lyuisin birinci sessiyadan uduzması komanda üçün pis oldu. Amma əminəm ki, sabah yüksələrək yaxşı yer tutacaq. Yaxşı start alaraq, yarışı yaxşı yerdə bitirmək istəyirəm. Belə olan halda qalib gəlmək asan olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*