V.Bottas: “Özümü isbatlamalıyam”

Mercedes-in sürücüsü Valtteri Bottas bildirib ki, 2018-ci ildə komandasına layiqli performans göstərməlidir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yay tətilinə qədər çempionluq uğrunda mübarizə aparsa da, mövsümün ikinci yarısında komanda yoldaşı Həmiltonun tempinə cavab verə bilməmişdi.

Valtteri Bottas: “Bu mövsüm mənimçün çətin keçdi. Təbii ki, mövsümün əvvəlində daha yaxşı nəticələr gözləyirdim, amma alınmadı. Yenə də özümü isbat etdim və komanda mənimlə daha bir il işləmək istədi. Gələn il daha çox çalışaraq gözəl nəticələr əldə etmək istəyirəm. Formula1-də heç kimin yeri təmin olunmayıb və buna görə də gözəl performans göstərməlisiniz. Komanda həmişə mənə dəstək oldu. Ümid edirəm ki, gələn il daha yaxşı nəticələr qazanaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*