V.Bottas nəticədən razıdır

Williams komandasının gənc sürücüsü Valtteri Bottas sıralanma turunda qazandığı ikincilikdən razı qalıb...

F-1.az xatırladır ki, Bottas sıralanma turunda 3-cü yeri tutub, amma Fettel startda 5 yer itirdiyi üçün yarışa ikinci yerdən başlayacaq.

Xatırladaq ki, Bottas bu mövsüm ilk dəfə yarışa birinci cərgədən başlayacaq. Finlandiyalı sürücü nəticədən razı qaldığını bildirib: “Bu gündən razı qaldım. Həftəsonu bizim üçün yaxşı keçdi. Bundan başqa Soçi bizim üçün əlverişli trasdır. Bu gün sıralanma turundan maksimum nəticə aldıq və buna görə də xoşbəxtəm.

İndiyə qədər hər şey yaxşı idi, amma əsas yarışdır. Bu mövsüm yarışlar bizim üçün yaxşı keçmədi. Ümid edirəm ki, yarışda daha güclü olacayıq.

Bizim hədəfimiz həmişə yüksək yerlər tutmaqdır. Bu mövsüm Mercedes və Ferrari-ni məğlub etmək çətindir, amma cəhd edirik. Fərqi bağlamaq üçün işləyirik. Bu gün Red Bull-dan, son bir neçə yarışda isə Toro Rosso-dan daha sürətliyik və bu bizi ümidləndirir.

Bugünkü nəticədən razıyam. Ümid edirəm ki, yarışda yaxşı nəticə alarıq və yaxşı xallar qazanarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*