V.Bottas: “Mövsümü ən yaxşı nəticə ilə bağladım”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, mövsümü gözəl bitirdiyi üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlayaraq karyerasının 3-cü qələbəsini əldə edib.

Valtteri Bottas: “Bütün həftəsonu çox gözəl idi. Komanda bizə mükəmməl bolid verib. Mövsümü poul və qələbə ilə bitirmək çox yaxşı oldu. Bu mövsüm üçün komandama təşəkkür edirəm. Finlər hisslərini biruzə verə bilmirlər, amma bu o demək deyil ki biz hissiyatsızıq. Hazırda çox xoşbəxtəm. Ailəmdən və komandadan gözəl dəstək gördüm. Özümü əla hiss edirəm və gələn il daha güclü olacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*