22 Oktyabr 2017, Bazar - 01:24

V.Bottas: “Məqsədim hər yarışda qalib gəlməkdir”

V.Bottas: “Məqsədim hər yarışda qalib gəlməkdir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:10 - 12 May, 2017

Rusiyada karyerasının ilk qələbəsini qazanan Valtteri Bottas bildirib ki, tək hədəfi bütün yarışları qazanmaqdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Formula1 karyerasının ilk qələbəsini iki həftə əvvəl Rusiyada qazanmışdı.

Valtteri Bottas: “Hər yarışda qalib gəlməyi sınamamaq axmaqlıq olar. Bütün yarışlarda hədəfim bu olacaq. Qalib gəlmək həmişə mümkündür və bu il hər yarışda bunu hədəfləmək məni həyəcanlandırır. Öz işimə fokuslanmalıyam. İnsan özünə güvənməlidir və rəqabətədavamlı səviyyədə olduğunu bilməlidir. Amma yenə də məqsədim öz üzərimdə işləyərək, yarışlara fokuslanmaqdır. Mənim işim bolidi bacardığım qədər sürətli sürməkdir.

Yarış qazanmaq bir fərq yaradır. Yaxşı nəticə adamda inam yaradır. Hazırda əsas məqsədim hər sıralanma turunda özümü təkmilləşdirməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 939
Teqlər ,
Paylaş

logo