22 Oktyabr 2018, Bazar ertəsi - 09:38

V.Bottas köməkçi sözünə əsəbləşib

V.Bottas köməkçi sözünə əsəbləşib

Müəllif: Rauf Hacıyev, redaktor

16:15 - 30 İyul, 2018

Mercedes komandasının sürücüsü Valtteri Bottas rəhbəri Toto Volffun işlətdiyi “köməkçi” sözünə əsəbləşib.

F-1.az bildirir ki, finalaniyalı sürücü Macarıstanda pit-stopdan sonra müdafiə olunduğu halda, komanda yoldaşı Lyuis Həmilton fərqi artıraraq uzaqlaşıb. Mercedes Motorsport-un rəhbəri Toto Volff isə Bottasın bu hərəkətini tərifləyərək, sürücüsünə köməkçi deyib: “Bottas özünü bir az pis hiss edir. Çünki podiuma layiq idi. O, çox yaxşı köməkçidir”.

Valtteri Bottas: “Köməkçi sözü məyusedicidir. Bu yarışda özüm üçün müsbət bir hal görmürəm. Daha yaxşı nəticə istəyirdim. Əvvəlcə tək pit-stopla gedəcəyimizi düşündüm. Kimiyə görə erkən pit-stop etdik. Ona qarşı hərəkət etməli idik və yarışın bitməsinə 20 dövrə qalmış hər şey qaydasında idi. Sürətimizi və yerimizi qoruya bilirdik. Sonra arxa təkərlər ölməyə başladı. Əlimdən gələni edərək, aqressiv formada müdafiə olunmağı seçdim. Sonradan qırıq ön qanada görə hər şeyi batırdım. Bu barədə danışmalıyıq. Mövsümün yarısından sonra xal fərqi böyükdür. Amma hər şeyə komanda qərar verəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 128
Teqlər , , , , ,
Paylaş

logo