V.Bottas: “Komanda olaraq işləməliyik”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, sona qədər təslim olmayacaqlar.

F-1.az xatırladır ki, Mercedes komandası turbo era başlayandan sonra ilk dəfə mövsümün ilk 3 yarışında qalib gələ bilməmişdi. Azərbaycan yarışında da güclü təsir bağışlamayan “gümüşü oxlar” Ferrari-nin səhv strategiyasından istifadə edərək, Həmiltonla yarışı qazanmışdılar.

Valtteri Bottas: “Bura Formula1-dir və burada mübarizə həmişə olur. Reqlament eyni qaldıqda komandalar arasındakı fərqlərin qapanması normaldır. Hazırda çempionluğa oynayan 3 böyük komanda var. Əsas xırda detallara fokuslanmaqdır. Burada saniyənin yüzdə biri də çox vacibdir. Əgər bu problemləri həll etsək, zəif olduğumuz yerlərdə də inkişaf edəcəyik. Zirvəyə qayıtmaq üçün komanda olaraq işləməliyik. Həmişə bunu edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*