20 Oktyabr 2017, Cümə - 05:32

V.Bottas komanda əmrinə qarşıdır

V.Bottas komanda əmrinə qarşıdır

Müəllif: Rauf Hacıyev, redaktor

15:21 - 28 Aprel, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, komandasının növbəti yarışlarda əmr verəcəyinə inanmır.

F-1.az xatırladır ki, Bəhreyn yarışında Bottas arxa təkərləri yaxşı işlədə bilmədiyi üçün tempi zəifləmiş və komandasının əmri ilə Həmiltonu önə buraxmışdı.

Valtteri Bottas: “Bu barədə danışmadıq, çünki lazım deyil. Bu komandada heç vaxt 1-ci və ya 2-ci sürücü olmayıb və planlaşdırmırıq. Mercedes hər iki sürücüsünə eyni şansı verməyə çalışır, amma son 3 ildə ən yaxın rəqibindən çox qabaqda idi. Ancaq indi hər xalın qədrini bilmək lazımdır.

Lakin Lyuislə fərqli strategiyada olsam, və ya bolidimdə problem yaransa, onu irəli buraxaram. Bunu komanda üçün edirik. Məqsədimiz komandaya maksimum xal qazandırmaqdır. Mən həmişə komanda oyunçusu olsam da, komanda əmri ilə bağlı planımız yoxdur. Bu il komanda daha diqqətli olmalıdır. Buna görə də yarışda mümkün olan bütün xalları almaq üçün əlimdən gələni edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 853
Teqlər , , , ,
Paylaş

logo