V.Bottas: “Komanda əla işlədi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas Kanada yarışında dubl etdikdən sonra bildirib ki, bu nəticəyə ehtiyacları olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanada yarışının startında Fetteli qabaqlayıb və daha sonra Ferstappenin mübarizəni dayandırması ilə ikinci yerə yüksəlib.

Valtteri Bottas: “Bu nəticəni aldığımız üçün çox sevincliyik. Komanda olaraq belə nəticəyə ehtiyacımız var idi. Monrealda son 3 ildə 3-cü podiumumu qazandım. Bu trası çox sevirəm. Monakodakı pis nəticədən sonra tez reaksiya göstərməli idik. Komandadakı hər kəsə bu nəticəyə görə təşəkkür edirəm. Doğrudan da yaxşı iş gördük və hazırda Mühəndislər Kubokunda liderik. İndi isə bunu qorumalıyıq.

Okonun arxasında çox vaxt itirdim. Lyuis ilə strategiyaları bölüşmüşdük. Hansının daha yaxşı olduğunu anlaya bilmədik. Okon əla müdafiə olunurdu. Ümid edirəm ki, növbəti yarışda da dubl edərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*