V.Bottas: “Keçənilki problemlərdən dərs çıxardıq”

Williams komandasının sürücüsü Valtteri Bottas bildirib ki, onlar keçənilki problemlərdən dərs çıxarıblar...

F-1.az xəbər verir ki, Valtteri Bottas yeni FW38-dən razı qalıb: “Biz hiss edirik ki, üzərində işlədiyimiz sahələrdə inkişaf etmişik.

Ancaq gördüyümüz bu işlərin nə dərəcədə səmərəli olacağını demək tezdir.

Bu bolid keçənilki boliddən daha yaxşıdır. Mən bolid barədə müsbət fikirdəyəm. Amma hazırda harada olduğumuzu bilmirik”.

Felipe Massa da yeni boliddən razı olduğunu deyib: “Yeni boliddə özümü yaxşı hiss edirəm, amma testlərin birinci günündə bolidin balansına görə narazı idim. Ona görə də təkərlərlə işləyə bilmədim, amma nahardan sonda problemi həll etdik və mən təkərlərlə işlədim.

Hər şey tam hazır deyil, ona görə də çox işləmək lazımdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*