18 Dekabr 2017, Bazar ertəsi - 13:06

V.Bottas: “İşləri qaydasına salıram”

V.Bottas: “İşləri qaydasına salıram”

Müəllif: Rauf Hacıyev, redaktor

12:47 - 07 Oktyabr, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, işləri yavaş-yavaş qaydasına qoyur.

F-1.az xatırladır ki, Yaponiyadakı həftəsonu finlandiyalı sürücü üçün yaxşı başlamasa da, sıralanma turunda 2-ci ola bilib. Amma 28 yaşlı sürücü ötürmələr qutusunu dəyişdirdiyi üçün yarışa 7-ci yerdən başlayacaq.

Valtteri Bottas: “Cümə günü işlər istədiyim kimi getmirdi və bolidlə bağlı problemim var idi. Amma komandadakılar problemi qısa müddət ərzində həll etdilər. Startda 5 yer itirsəm də, hazırda bunu düşünmək istəmirəm. Yaxşı nəticə aldım və məncə, daha yaxşısı mümkün deyildi. Lyuis çox sürətli idi. Sabahkı yarışda gözəl nəticə qazana bilərəm. Ən sürətli bolidə sahibik və problem yaşamasaq, yüksələ bilərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 558
Teqlər , , ,
Paylaş

logo