V.Bottas: “İnkişaf etməliyik”

Williams komandasının sürücüsü Valtteri Bottas qış testlərinin ikinci günündən sonra bildirib ki, komanda artıq sürət üzərində işləyə bilər...

F-1.az xatırladır ki, Bottas testlərin ikinci günündə 107 dövrə vurub və 1:23.261 zaman nəticəsi ilə günü birinci yerdə başa vurub.

Valtteri Bottas testlərin ikinci günü barədə fikirlərini bildirib: “Bu gün çox dövrə atdıq və yaxşı gün oldu. Testlər ərzində çox inkişaf etdik və ona görə də xoşbəxtəm. İnkişaf edə biləcəyimiz sahələr var.

Yeni boliddə bəzi problemlər var, amma bunlar elə də böyük problem deyil. Təmir edə bilərik. Dözümlülük barədə narahat deyilik.

Hələ görüləsi işlər var. Çox şey öyrəndik və önümüzdəki iki gün ərzində daha çox öyrənə bilərik. Əminəm ki, Avstraliyada güclü olacayıq. Yavaş-yavaş inkişaf edirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*