V.Bottas: “İkinci sürücü olmayacam”

Mercedes komandasının yeni sürücüsü Valtteri Bottas bildirib ki, komandada özünü ikinci sürücü kimi hiss etmir, amma komandanın qoyduğu qaydalara öyrəşməkdə problem yaşamayacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Mercedes-də karyerasına yaxşı başlanğıc etmiş və Avstraliya yarışında üçqat Dünya Çempionu olan komanda yoldaşı Həmiltondan azca geridə qalaraq, podiumun son pilləsinə yüksəlmişdi.

Valtteri Bottas: “Komandaya gələndə, dediyim kimi, Lyuislə trasda mübarizə aparmaqdan qorxmayacam. Amma bunu edərkən bir-birimizə hörmət etməliyik. Əgər iki sürücü fərqli strategiya ilə yarışırsa və ya bir problem varsa, komanda əmri verilməlidir. Belə olan halda, komandaya daha çox fayda verərik. Amma ikinci sürücü olduğumu hiss etsəm, o zaman belə sakit qala bilmərəm. Hər şey qaydasında ikən sizə “arxandakına yol ver” əmri gəlirsə, bu, sürücü üçün yaxşı hal deyil. Məntiqli səbəbi olmadığı halda, bunu qəbul edə bilmərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*