20 Noyabr 2018, Çərşənbə axşamı - 19:47

V.Bottas: “Hər şey yaxşı idi”

V.Bottas: “Hər şey yaxşı idi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:08 - 27 Fevral, 2018

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, testlər yaxşı başlayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü dünən günün ilk yarısında trasa çıxaraq 58 dövrə vurub və 1:20.349 zaman nəticəsi göstərib. 28 yaşlı sürücü lider Rikkardodan 0.170 saniyə geri qalaraq ikinci olub.

Valtteri Bottas: “Barselonada ilk gün əla keçdi. Hər şey planlaşdırdığımız kimi getdi. Səhər əsas vəzifəm aerodinamik məlumatlar toplamaq idi. Buna görə də stabil sürətdə işlədim. Özüm üçün bir neçə dənə sınaq dövrəsi ata bildim. Çünki bu cür iş üçün çox az zamanım var idi. Performans üzərində işləmədik və W09-un limitlərindən istifadə etmədim. Boliddə özümü yaxşı hiss etdim. Keçən illə müqayisədə heç nə fərqlənmirdi. İndiyə qədər hər şey pozitiv idi. Bolidə yenidən oturmaq gözəl oldu. Öyrəşməyə ehtiyac yox idi və bu, gözəl haldır. Bu bolidləri sürmək çətin olsa da, qış ərzində çox məşq elədim və fiziki cəhətdən hazıram. Hava şəraitinə görə çətin oldu. Hava soyuq idi və təkərləri qızdırmaq çətin idi. İki dəst Medium təkərindən istifadə etdik, amma bu şəraitdə təkərləri qızdırmaq çətin idi. Əsas problem bu idi, amma vəziyyət hamı üçün eyni idi. Əlinizdə şans azdırsa, bundən ən yaxşı istifadə etməlisiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər , ,
Paylaş

logo