V.Bottas: “Hər şey 0-dan başlayır”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yeni mövsümdə hər şey sıfırdan başlayacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən il, xüsusən də, yay fasiləsindən sonra Həmiltonun tempinə cavab verə bilməyərək, titul şansını itirmişdi.

Valtteri Bottas: “Yeni mövsüm fürsətlərdən bol olacaq və mən bunlardan faydalanmalıyam. Hamı hədəfimin nə olduğunu bilir. Formula1-də 5 il ərzində, xüsusən də, 2017-ci ildə çox şey öyrəndim. Komanda bolid üzərində çox işləyir və prosesi izləyirəm. Keçən il bura gələndə bolid hazır idi. Yeni bolidi sürmək üçün səbirsizlənirəm. Yeni mövsümə hamı sıfırdan başlayır. Yeni mövsümdə əlimizdən gələnin ən yaxşısını etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*