V.Bottas: “Həmilton məndən güclü deyil”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, üçqat Dünya Çempionu olan komanda yoldaşı Həmiltondan heç də geri qalmır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Rusiyada karyerasının ilk qələbəsini qazansa da, digər yarışlarda Həmiltona qarşı üstün olmaqda çətinlik çəkib.

Valtteri Bottas
: “Lyuis ilə tempimiz çox yaxındır. Aramızda heç bir fərq yoxdur. Özümə güvənirəm. Bəli, o uzun illərdir ki, komandadadır və məndən daha təcrübəlidir. Amma bu onunla eyni tempdə getməmək üçün bəhanə deyil.

Poul və yarış qazandım. Bunlar mənim üçün ilkin hədəflər idi və indi gözümü daha yüksək pillələrə dikmişəm. Lyuis kimi sürücü ilə komanda yoldaşı olmaq çətindir. O çox sürətlidir və mənim inkişaf etməyimə çox kömək edir. Buna görə də xoşbəxtəm. Geridə qalan yarışlara nəzər salanda çox inkişaf etmişəm. Ümid edirəm ki, bundan sonra sürətlənərək, gözəl nəticələr almağa davam edərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*