19 Noyabr 2017, Bazar - 08:50

V.Bottas: “FW38 irəliyə doğru atılmış addımdır…”

V.Bottas: “FW38 irəliyə doğru atılmış addımdır…”

Müəllif: Elçin Zodorov, redaktor

10:01 - 24 Fevral, 2016

Valtteri Bottas Williams-ın yeni maşınından razı qalıb.

F-1.az xəbər vermişdi ki, finlandiyalı pilot 134 dövrə vurduğu testlərin 2-ci gününü 1:25.648-lik nəticə ilə 7-ci yerdə başa vurub. O, Rosberqdən sonra gün ərzində ən çox məsafə qət edən 2-ci sürücü olub.

Valtteri Bottas: “Bu gün hər şey plana uyğun getdi. Kifayət qədər dövrə vurduq və heç bir problemlə qarşılaşmadıq. Bu maşın barədə düşüncələrim olduqca müsbətdir. Amma tam bir fikir bildirmək üçün hələ tezdir.

Həmişə daha artığını istəyirik. Keçən il zəif olduğumuz sahələri inkişaf etdirdik. Hədəfimiz elə bu idi. Yenidən sükan arxasına keçmək gözəl duyğudur. İrəliyə doğru addım atdığımızı görmək xoşdur. Daha çox və dəqiq fikir bildirmək üçün növbəti testləri gözləməliyik…”

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 246
Teqlər , , , , ,
Paylaş

logo