V.Bottas: “Ferstappen dövrəmi məhv etdi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Maks Ferstappen onun sürətli dövrəsini məhv edib.

F-1.az xatırladır ki, sıralanma turunun son sessiyasında Maks Ferstappen stadion bölgəsində anidən yavaşlamış və buna görə də arxadan gələn Bottas əylənmə zonasını qaçırmışdı. Finlandiyalı sürücü bundan sonra sürətli dövrə vurmadan pitə qayıtmışdı.

Valtteri Bottas: “Son sektordan əvvəl Ferstappenin çox yavaşladığını gördüm. 12-ci döngəyə çox yavaş daxil oldu və mənim trayektoriyamı tutdu. Təkərləri bloka saldım və sürətli dövrəm oradaca bitdi. Dövrəm məhv oldu və son sessiyadakı bir cəhdimi itirdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*