20 Oktyabr 2017, Cümə - 21:49

V.Bottas: “Ferrari bizdən üstündür”

V.Bottas: “Ferrari bizdən üstündür”

Müəllif: Rauf Hacıyev, redaktor

18:22 - 29 İyul, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Ferrari Macaristanda sıralanma turunda Mercedes-dən üstün olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Sebastyan Fetteldən 0.254 saniyə geri qalaraq 3-cü yer tutub.

Valtteri Bottas: “Bilirdik ki, sıralanma turunda nəticələr yaxın olacaq. Ferrari-nin üstünlüyünü də gözləyirdik. Sözün açığı, bu gün çox üstün idilər. Bu cür traslarda problem yaşayırıq və burada gördük ki, boliddə çatışmazlıqlar çoxdur. Çox işləməliyik. Yarış tempində pis deyilik. Amma Ferrari və Red Bull da yarış tempində güclüdürlər. Üç komandanın olacağı həyəcanverici bir yarış olacaq. Əminəm ki, qələbə üçün mübarizə aparacağıq, lakin bu asan olmayacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 762
Teqlər , , , ,
Paylaş

logo