V.Bottas evlənib

F-1.az Turun Satomat qəzetinə istinadən xəbər verir ki, Williams-ın finlandiyalı sürücüsü Valtteri Bottas Emilya Pikkaraynenlə evlənib. Sürücünün özü də instagram hesabında həyat yoldaşı ilə şəklini paylaşıb.

Toy mərasiminə köhnə Formula1 sürücülərindən Mika Hakkinen və Heykki Kovalaynen də qatılıb.

Bottasın həyat yoldaşı professional üzgüçüdür. Finlandiyada bir sıra uğurları olan Emilya Rioda keçirilən olimpiya oyunlarında da iştirak edib.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*