19 Noyabr 2018, Bazar ertəsi - 05:44

V.Bottas: “Əsl yarış sabahdır”

V.Bottas: “Əsl yarış sabahdır”

Müəllif: Rauf Hacıyev, redaktor

14:47 - 08 Aprel, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas ilk cərgəni 0.001 saniyə fərqlə əldən versə də, xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, bir az əvvəl Çində sıralanma turunda Sebastian Fettel son anda Bottası qabaqlayaraq ikinci yerə yüksəlib.

Valtteri Bottas: “Sebastyanın son dövrədə məni saniyənin 1/1000-i ilə keçməsi məyus etdi. Amma bu sadəcə sıralanma turudur və yarış sabahdır. Yarışda hava şəraiti də kritik olacaq. Lyuis və Ferrari-lər sürətli görünürlər. Öndə 4 sürücü arasında böyük rəqabət olacaq. Ümid edirəm ki, bu dəfə 3-cü yerdən yaxşı nəticə qazanaram.

Sebastyan ilə aramızdakı fərqi santimetrə çevirəndə 5.9 sm edir və bu çox məyusedicidir. Amma bu günü unudub diqqətimi sabaha yönləndirmək istəyirəm. Red Bull bizdən çox geridədir və buna görə də Ferrari-Mercedes mübarizəsi gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 452
Teqlər , , ,
Paylaş

logo