V.Bottas: “Ən pis həftəsonumuz olsun”

Mercedes komandasının sürücüsü Valtteri Bottas ümid edir ki, Monako onlar üçün ən pis həftəsonu olacaq.

F-1.az xatırladır ki, Bottas yarışa 3-cü yerdən başlayaraq ilk pitə qədər yerini qorusa da, Red Bull komandasının sürücüləri Ferstappen və Rikkardo onu çox yaxından izləmişdilər.

Finlandiyalı sürücü Ferstappendən bir dövrə sonra pitə girdiyi halda, Rikkardo bir neçə dövrə trasda qalaraq, dəyərli saniyələr qazanmış və nəticədə pitdən Bottasla hollandiyalı sürücünün önündə qayıtmışdı. Yarış bu ardıcıllıqla da başa çatmışdı.

Valtteri Bottas: “Məyus oldum. Podiuma yüksəlmək şansım olsa da, Red Bull daha yaxşı strategiya seçdi. Traffikin arxasına düşəndə Rikkardonun önü açıq idi və rahat sürətli dövrələr vururaraq bizdən uzaqlaşdı. Ümid edirəm ki, ən pis həftəsonumuz belə olar. Monako qeyri-adi yerdir. Bu həftəsonu lazımi qədər sürətli deyildik. Ferrari çox güclü idi.

Bolidimiz sazlanmalara qarşı həssasdır. Təkmilləşməli tərəflərimiz var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*