V.Bottas: “Ən böyük favorit bizik”

Mercedes komandasının sürücüsü Valtteri Bottas özlərini ən böyük favorit hesab edir.

F-1.az xatırladır ki, əksəriyyət ilk yarışda Red Bull-dan qələbə gözləyir. Amma ümumi mövsümdə Mercedes-in yenə də əlçatmaz olduğu düşünülür.

Valtteri Bottas: “Həmişə mübarizə aparmağa çalışıram. Keçən il daha güclü ola biləcəyim yarışlar var idi. Bəlkə, daha aqressiv ola bilərdim, amma keçən ildən çox şey öyrəndim. Formula1-dəki hər mövsüm vacibdir. Komanda üçün əlimdən gələni edirəm və qalib gələ bilərəm. Bu il hədəflərim böyükdür. Özümü komandanın bir hissəsi kimi görürəm. Lyuis ilə keçənilki kimi bir-birimizə kömək edə bilərik. Görək bu il necə olur. Komanda uğura acdır. Dörd çempionluq bizə bəs eləmir. Buna görə də mən daxil olmaqla hamı öz işini görəcək.

Keçən il çempion olduğumuz üçün favoritik. Testlər yaxşı keçdi və yarış tempində güclü idik. Lakin rəqiblərimizi də unutmamalıyıq. Məncə, həm Ferrari, həm də Red Bull çox güclüdür. Üçlü mübarizə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*