V.Bottas cərimələnib

Mercedes komandasının sürücüsü Valtteri Bottas bazar günü keçiriləcək yarışın startında 5 yer itirməli olacaq.

F-1.az bildirir ki, finlandiyalı sürücünün maşınında mexaniklər ötürmələr qutusunu vaxtından əvvəl dəyişiblər və reqlamentə uyğun olaraq, Valtteri startda 5 yer itirəcək.

Mercedes-in digər sürücüsü Lyuis Həmilton isə cərimə olunmayacaq, çünki onun və Haas-ın sürücüsü Kevin Maqnussenin maşınlarında ötürmələr qutusu reqlamentin nəzərdə tutduğu məsafəni qət ediblər. Stüardlar Karlos Saynsı da cərimə etməyiblər – Toro Rosso-nun ispaniyalı sürücüsü keçən yarışı başa vurmadığı üçün ötürmələr qutusunu cəriməsiz dəyişmək şansı qazanıb..

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*