V.Bottas: “Bu uğurlarımın başlanğıcıdır”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Bəhreyndə qazandığı poul qazanacağı uğurların başlanğıcıdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü gərgin mübarizə şəraitində keçən sıralanma turunda komanda yoldaşı Lyuis Həmiltonu 0.023 saniyə qabaqlayaraq, Formula1 karyerasının ilk poulunu qazanıb.

Valtteri Bottas: “Hazırda çox xoşbəxtəm. Formula1 karyeramda 5-ci mövsümümdə ilk poulumu aldım. Ümid edirəm ki, bu, karyeramdakı uğurların ilki olar. Təbii ki, hər şey burada bitmir. Sabah uzun bir yarış var və birinci yerdən başlamağın mənə üstünlük qazandırmasını gözləyirəm.

Bilirdim ki, hər şey qaydasında getsə, rəqabətədavamlı ola bilərəm və bu gün bunu göstərdim. Ferrari sürücüləri ilə arada böyük fərq var. Görək bunu qoruya biləcəyikmi.

Bu gün isə uğurun həzzini yaşamaq istəyirəm. Xəyal qurmaq doğru deyil, amma ümid edirəm ki, işlər mənim üçün yaxşı gedər və karyeramdakı ilk qələbəmi qazanaram”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*