V.Bottas bolidi daha yaxşı tanıyır

Mercedes komandasının sürücüsü Valtteri Bottas Bəhreyn testlərinin son gününün ən sürətlisi olmuş və bu gün bolidlə bağlı çox şey öyrəndiyini deyib.

F-1.az xatırladır ki, Bottas çərşənbə günü nahardan sonra sükan arxasına keçərək 143 dövrə vurmuşdu.

Valtteri Bottas: “Testlər mənim üçün gözəl keçdi. Çoxlu dövrələr vurdum və hər şey qaydasında idi. Əsasən yarış tempinə fokuslandım. Bəhreyndə bu sahədə Ferrari-dən geridə qalmışdıq və bu sahədə təkmilləşməli idik. Təkərlərin ömrünü uzatmaq üçün bəzi şeyləri sınaqdan keçirdik. Bu çatışmayan cəhətlərimizdəndir. Rusiya QP-dən əvvəl bolidlə bağlı çoxlu şey öyrəndim və düşünürəm ki, bunlar mənə kömək edəcək. Ümid edirəm ki, bundan sonrakı yarışlarda hər şey daha yaxşı olar və qalib gəlmək üçün mübarizə apara bilərəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*