20 Oktyabr 2017, Cümə - 05:38

V.Bottas: “Bir neçə dövrəyə ehtiyacım var idi”

V.Bottas: “Bir neçə dövrəyə ehtiyacım var idi”

Müəllif: Rauf Hacıyev, redaktor

12:24 - 08 Oktyabr, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Rikkardonu keçmək üçün bir neçə dövrəyə ehtiyacı olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ötürmələr qutusunu dəyişdirdiyi üçün yarışa 6-cı yerdən başlasa da, son dövrələrdə Rikkardoya yaxınlaşıb, amma hücum edə bilməyib.

Valtteri Bottas: “Gözəl strategiya seçdik və buna görə də yarışın sonunda daha güclü idik. Amma işlər istədiyimiz kimi getmədiyi üçün məyusam. Məqsədimiz podiuma çıxmaq idi, amma Red Bull-u keçə bilmədik. Bir neçə dövrə olsa, hücum edəcək qədər yaxınlaşardım.

Sebastyan ilə aradakı xal fərqini 13-ə endirdim və hədəfim çempionatda ikinci yeri tutmaqdır. Lyuisə çatmaq isə real deyil. Növbəti 4 yarışda var qüvvəmlə yarışıb Fetteli keçməyə çalışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 235
Teqlər , , ,
Paylaş

logo