V.Bottas: “Axmaqlıq etdim”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, təhlükəsizlik avtomobilinin arxasında yerində fırlanaraq axmaqlıq edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Çin yarışına 3-cü pillədən başlayıb və təhlükəsizlik avtomobilinin arxasında pit-stop etdikdən sonra 5-ci yerə geriləyib. Amma 27 yaşlı sürücü təhlükəsiz avtomobilini izlədiyi vaxt yerində fırlanaraq 12-ci yerə qədər geriləyib, ancaq yekunda 6-cı yeri tutaraq aktivinə 8 xal yaza bilib.

Valtteri Bottas: “Start hamı üçün çətin idi. Bir neçə dövrədən sonra Soft təkərləri götürənlər var idi. Təhlükəsizlik avtomobili trasa çıxanda təkərləri dəyişdirmək üçün pit-stop etdim, amma orada bir neçə saniyə çox qaldığım üçün bir neçə yer itirdim. Pitdən 5-ci yerdə çıxsam da, yaxşı nəticə üçün gözəl şansım var idi. Amma axmaqlıq edərək yerimdə fırlandım və çoxlu yer itirdim, bundan sonra yarış mənim üçün bitdi. Öz səhvimə görə bu qədər xalı əldən verdiyim üçün məyusam. Komandanın pitdə itirdiyi vaxt mənim səhvimin yanında heç nədir. Ümid edirəm ki, Bəhreyndəki yarışda səhvimi kompensə edərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*