V.Bottas: “Avstriyadakı startım riskli idi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Avstriyadakı startı çox riskli olub.

F-1.az xatırladır ki, Bottas son 4 yarışda 73 xal toplayaraq, bu statistikada liderdir. Finlandiyalı sürücü Britaniyaya da yüksək əhval-ruhiyyə ilə gəlib. Qeyd edək ki, finlandiyalı sürücü lider Fetteldən 35, ikinci yerdəki Həmmiltondan isə 15 xal geridə qalır.

Valtteri Bottas: “Qətiliklə deyə bilərəm ki, tempim güclüdür. Komanda olaraq yaxşı yarışlar keçiririk və bolid güclü görünür. Bu həftəsonu da özümü eyni formada hiss edəcəyik. Komandadakı ilk mövsümüm olsa da, hər gün komandanı daha da yaxşı tanıyıram. Hər mövzuda mənə kömək edirlər. Buna görə də tempimi davam etdirməyə çalışacağam.

Avstriyada işıqların sönməyini gözləyirdim. Bilmirəm. Bəzən daha riskli şeylər sınamaq istəyərsiniz. Bu da qətiliklə riskli idi. Amma buna dəydi, çünki mükəmməl start oldu. Artıq sözə ehtiyac yoxdur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*