USGPE komandası Cosworth motorlarından istifadə etməyə hazırdır

Gələn il dünya çempionatının startına çıxmağa hazırlaşan USGPE komandası Cosworth standart mühərriklərindən istifadə etmək imkanlarını qiymətləndirir – bu barədə Britaniyanın […]

Gələn il dünya çempionatının startına çıxmağa hazırlaşan USGPE komandası Cosworth standart mühərriklərindən istifadə etmək imkanlarını qiymətləndirir – bu barədə Britaniyanın Autosport qəzeti xəbər verib…

Piter Uindzor, USGPE komandasının idman direktoru: “Mühərrik barədə qərarımız qismən Formula1-dəki ümumi vəziyyətdən asılıdıdr. Sözsüz ki, Cosworth motoru maraqlı variantdır. O FİA-nın təsdiqini alıb, bu şirkətin mütəxəssisləri Toro Rosso komandası ilə əməkdaşlıq ediblər, amma sonradan komanda Ferrari motorların keçdi.

Bundan sonra Cosworth-dan çox adam gedib, amam orda əvvəlki kimi əsil peşəkarlar çalışır. BUndan əlavə, firmanın sahibi Kevin Kalhoven amerikalıdır, bu isə bizim üçün pis deyil. Balaca məxsusi firma ilə işləmək fikri bizim gələcək iş planlarımıza daxildir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*