USF1 – Formula1-in yeni komandası?

Yaxın həftələrdə dünyaya rəsmən yeni avtoidman layihəsi təqdim oluna bilər – Amerikanın USF1 komandası, Motorsport Total saytının yazdığına görə, komanda […]

Yaxın həftələrdə dünyaya rəsmən yeni avtoidman layihəsi təqdim oluna bilər – Amerikanın USF1 komandası, Motorsport Total saytının yazdığına görə, komanda artıq 2010-cu ildən starta çıxacaq. Layihəyə tanınmış jurnalist və şərhçi Piter Uindzor və 20 il Ligier və Onyx komandalarında çalışmış, son illərdə isə NASCAR-da çıxış edən Haas/CNC komandasının texniki direktoru Ken Anderson rəhbərlik edəcəklər.

Belə bir layihə haqqında ilk şayiələr hələ keçən ildən paddokda dolaşmağa başlamışdı, hətta bildirilmişdi ki, Ken Anderson Kanada Qran Prisi günlərində Honda Racing komandasının başçıları Nik Fray və Ross Braunla görüşüb. Ondan sonra USF1-in Honda Racing-lə bağlılığı barədə heç bir söz deyilməmişdi, amma Formula1-ə sıfırdan gələn komanda üçün müflis olmuş ortabab komandanı almaq ən yaxşı variantdır. Lakin Motorsport Total yazır ki, USF1 komandasının mənzil qərargahı ABŞ-ın Şimali Karolina ştatında olacaq, komandanın Avropa bazası isə İspaniyanın Bilbao şəhəri yaxınlığında yerləşəcək.

Deyilənlərə görə, Uindzor və Anderson Formula1-in kommersiya direktoru Berni Ekklstounun xeyri-duasını alıblar. Yeni komandanın devizi klassik və aydın olacaq: “Made In America” və komandada yalnız amerikalı sürücülər çıxış edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*