USF1 adını, Force İndia isə loqotipini dəyişir

Berni Ekklstounun və onun Formula One Management (FOM) şirkətinin xahişi ilə gələn ildən çempionata qoşulmağa hazırlaşan Amerikanın USF1 komandası adını […]

Berni Ekklstounun və onun Formula One Management (FOM) şirkətinin xahişi ilə gələn ildən çempionata qoşulmağa hazırlaşan Amerikanın USF1 komandası adını dəyişməli olub. GMM agentliyinin verdiyi xəbərə görə, bundan sonra komanda USGPE (US Grand Prix Engineering) adlanacaq, beləki F1 abbreviaturasından istifadə hüququ FOM-a məxsusdur. Artıq usf1.com saytı da avtomatik olaraq usgpe.com saytına ünvanlanır, düzdür, hələlik səhifədə heç bir məlumat yoxdur.

Maraqlıdır ki, digər komandaların, məsələn, Renault, Force İndia və Toyota-nın adlarında bu abbreviatura F1 Team ifadəsinin bir hissəsi kimi istifadə olunur və FOM bunun əleyhinə deyil. Yeganə istisna Williams üçün edilib, komandanın rəsmi adı Williams F1-dir.

Bundan başqa FOM-un xahişi ilə Force İndia komandası rəsmi loqotipində dəyişiklik etməli olub: əvvəl Fİ abbreviaturasındakı İ hərfi 1 rəqəmini xatırladırdı, indi isə onun üzərində nöqtə peyda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*