Ümumdünya Şurası reqlamentə yeni düzəlişləri təsdiq edib

Mövsümün ilk yarışı ərəfəsində FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası cari reqlamentə bəzi cüzi dəyişiklikləri təsdiq edib. Əgər cümə günü sərbəst […]

Mövsümün ilk yarışı ərəfəsində FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası cari reqlamentə bəzi cüzi dəyişiklikləri təsdiq edib.

Əgər cümə günü sərbəst yürüşlərin hər iki sessiyası rəsmən yağışlı elan olunarsa, onda şənbə sərbəst yürüşlərində komandalar əlavə slik dəsti alacaqlar ki, quru trasda daha böyük məsafə qət etsinlər.

“Komendant saatı”nın reqlamenti də dəqiqləşdirilib. Keçənilki problemlərin təkrar olunmaması üçün komandaların əməkdaşlarının mövsümün gedişində istirahət vaxtları sessiyaların başlanmasından asılı olmayaraq, həmişə eyni vaxtda olacaq.

Yarışın direktoru indi yağışlı havada qəzaların qarşısını almaq üçün sitənilən vaxtda DRS-dən istifadəni qadağan edə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*