Ümumdünya Şurası reqlamentə düzəlişləri təsdiq edib

F-1.az FİA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, F1 Komissiyasının təklif etdiyi reqlamentə düzəlişlər Avtoidman üzrə Ümumdünya Şurası tərəfindən təsdiq olunub. 

SIRALANMA TURUNUN FORMATI:

Şura yeni sıralanma turu formatını təsdiq edib – bu formatın prinsipləri F1 Komissiyasının iclasında yekdilliklə qəbul olunmuşdu. Yeni format 2016-cı il mövsümünün ilk yarışından başlayaraq tətbiq olunacaq.

Baza qaydaları:

Sıralanma turunun birinci hissəsi – Q1:

Davamiyyəti – 16 dəqiqə. Yeddinci dəqiqədə xronometrajda ən zəif nəticəsi olan sürücü mübarizəni dayandırır, bundan sonra hər 90 saniyədən bir eyni qayda ilə bir sürücü mübarizədən kənarlaşdırılır. Hissənin sonunda 7 sürücü mübarizəni dayandırır və 15 sürücü ikinci hissəyə keçir.

Sıralanma turunun ikinci hissəsi – Q2:

Davamiyyəti – 15 dəqiqə. Altıncı dəqiqədə xronometrajda ən zəif nəticəsi olan sürücü mübarizəni dayandırır, bundan sonra hər 90 saniyədən bir eyni qayda ilə bir sürücü mübarizədən kənarlaşdırılır. Hissənin sonunda 7 sürücü mübarizəni dayandırır və 8 sürücü üçüncü hissəyə keçir.

Sıralanma turunun üçüncü hissəsi – Q3:

Davamiyyəti – 14 dəqiqə. Beşinci dəqiqədə xronometrajda ən zəif nəticəsi olan sürücü mübarizəni dayandırır, bundan sonra hər 90 saniyədən bir eyni qayda ilə bir sürücü mübarizədən kənarlaşdırılır. Son 90 saniyədə qalan iki sürücü poul uğrunda mübarizə aparır.

Hər bir sessiyanın sonunda sürətli dövrədə olan sürücülərin  nəticələrini gözləmək lazımdır.

Yeni sıralanma turu formatının İdman Reqlamentinə aid olan müddəaları F1 Komissiyası və Strateji İşçi qrup tərəfindən hazırlanacaq.

2017-ci ilin TEXNİKİ və İDMAN REQLAMENTLƏRİ:

Avtoİdman üzrə Ümumdünya Şurası F1 Komissiyasının 2017-ci ilin Texniki və İdman reqlamentlərindəki dəyişikliklərin son təsdiq gününü bu ilin aprelin 30-dək uzatmaq təklifi ilə razılaşıb. Bu qərar bütün marağı olan tərəflərin öz işini daha yaxşı görməyə imkan verəcək – xüsusən də, güc qurğuları üzrə dörd bəndin işlənilməsində zamana ehtiyac var:

– güc qurğularının komandalara satış dəyəri;

– onları satmaq öhdəliyi;

– güc qurğularının  xarakteristikalarının bərabərləşdirilməsi;

– səsin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi.

Avtoİdman üzrə Ümumdünya Şurası F1 Komissiyasının 2017-ci il maşınlarının konstruksiyası ilə bağlı qaydaları da təqsdiq edib və qeyd edib ki, ilkin simulyasiyalar göstərir ki, bir dövrədə yeni maşınların sürəti 4-5 saniyə artacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*