Üç xəbərdarlığa görə sürücülərə cərimə veriləcək

FİA Formula1 sürücüləri üçün yeni qayda hazırlayır – mövsümün gedişində üç xəbərdarlıq alan sürücü növbəti yarışın startında beş yer itirməklə […]

FİA Formula1 sürücüləri üçün yeni qayda hazırlayır – mövsümün gedişində üç xəbərdarlıq alan sürücü növbəti yarışın startında beş yer itirməklə cərimə olunacaq.

Britaniyalı jurnalist Adam Kuper bildirir ki, belə bir qaydanın qəbul olunmasına federasiyanı İspaniya Qran Prisində tətbiq olunan xəbərdarlıqlar məcbur edib. Yarışdan sonra dörd sürücü – Lyuis Həmilton, Censon Batton, Mark Uebebr və Xayme Algersuari Heykki Kovalaynenin qəzası zamanı sarı bayraqlar altında sürətlərini azaltmadıqları üçün sadəcə xəbərdarlıq almışdılar.

Formal olaraq bu dördlük nə topladıqları xallarını, nə pullarını, nə də növbəti yarışda start yerlərini itirmədilər. Ona görə də stüardların xəbərdarlığı bir neçə saatdan sonra unudulur. Amma indi başqa cür olacaq…

Düzdür, yeni qaydada müəyyən şərtlər var. Uik-endin gedişində sürücülər reqlamentin müəyyən qaydalarını pozurlar. Məsələn, FİA-nın rəsmi mətbuat konfransına gecikmək də xəbərdarlığın elan olunması ilə nəticələnir – Türkiyədə Pol di Resta belə bir xəbərarlıq almışdı. Ona görə də qərara alınıb ki, üç xəbərdarlıqdan ən azı ikisi trasda qazanılmalıdır. Yeni qaydalar Böyük Britaniya Qran Prisindən qüvvəyə minəcək və bütün sürücülərin xəbərdarlıq sayı sıfırdan başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*