20 Noyabr 2017, Bazar ertəsi - 06:08

U.Stivens Williams-la danışıqlar aparır

U.Stivens Williams-la danışıqlar aparır

Müəllif: Elçin Zodorov, redaktor

15:12 - 17 Fevral, 2016

Keçən mövsüm Manor-da iştirak edən pilotun bu il də Haryanto və Rossi ilə birlikdə komandanın sürücüsü olmaq üçün çalışdığını dəfələrlə qeyd etmişik. Manor bunun üçün 15 milyon avro tələb edir.

F-1.az The Telegraph-a istinadən xəbər verir ki, Uill Stivens artıq Manor-la maraqlanmır və Williams-ın ehtiyat pilotu olmaq üçün danışıqlar aparır.

Keçən il Williams-ın ehtiyat pilotu Adrian Sutil idi və o, komandanı bu il tərk edib.

Məlumatlara görə, Stivensin sponsorları onun mübarizə apara bilməsi üçün Manor-a 7,7 milyon avro ödəməyə hazırdırlar. Lakin Haryanto üçün hökümətin və şəxsi sponsorunun daha böyük məbləğ ödəməyə hazır olmasına görə Stivensin geri çəkildiyi bildirilir…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , , , , ,
Paylaş

logo