U.Stivens WEC-də mübarizə aparacaq

Eks Formula1 sürücüsü Uill Stivens 2016-cı ildə Dünya Dözümlülük Çempionatında (WEC) mübarizə aparacaq. O, Manor komandasının şərəfini qoruyacaq.

F-1.az xatırladır ki, Uill Stivens keçən mövsüm Manor komandası ilə Formula1-də mübarizə aparıb. Amma ingiltərəli sürücünü 2016-cı ildə Rio Haryanto əvəz edib.

Amma Uill Stivens bu gün WEC seriyasının LMP2 kateqoriyasında mübarizə aparan Manor komandası ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Manor komandasının rəhbərləri Con But və Qrem Loudondur.

Uill Stivens: “Mən şadam ki, Qrem və Con ilə münasibətimiz davam edəcək. Bu mənim üçün yaxşı fürsətdir. Ona görə də özümü yaxşı hiss edirəm.

Keçən il bu seriyanı izləyirdim və maraqlı görünürdü. Özümü təsdiq etmək üçün yaxşı fürsətdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*