T.Volff: “Həmiltonla işləmək mənim xoşuma gəlir”

Lyuis Həmiltonu tez-tez tənqid edirlər ki, bəzən iradəsini hisslərinə qurban verir, amma Mercedes Motorsport-un başçısı Toto Volff Autosport-a müsahibəsində bildirib […]

Lyuis Həmiltonu tez-tez tənqid edirlər ki, bəzən iradəsini hisslərinə qurban verir, amma Mercedes Motorsport-un başçısı Toto Volff Autosport-a müsahibəsində bildirib ki, britaniyalı sürücünün işindən razıdır…

Toto Volff: “Hər şeydən əvvəl, Lyuis çox səmimi oğlandır. Onunla işləmək mənim xoşuma gəlir, mən bu işdən həzz alıram, o cümlədən ona görə ki, o çox rəqabətədavamlıdır. Əslində, belə sürücülərə nadir rast gəlinir, yəni həm pozitiv olsunlar, həm də sürətli.

Lyuis həmişə hamıya qarşı səmimidir – bəzən bu xüsusiyyəti onun əleyhinə çevrilir, amma o daim öyrənir. Mənim xoşuma gəlir ki, Lyuis nəsihətlərə qulaq asır, onlardan yararlanır ki, daha yaxşı olsun. Biz çalışırıq ki, bir-birimizin qarşısında maksimum səmimi olaq.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*