Türkiyə Qran Prisinin taleyi hələ həll olunmayıb

Türkiyə Qran Prisinin təşkilatçıları bildiriblər ki, ölkə hökumətinin yarışın keçirilməsinə görə daha böyük məbləğ ödəmək istəməməsinə baxmayaraq, yarışın 2011-ci ildən […]

Türkiyə Qran Prisinin təşkilatçıları bildiriblər ki, ölkə hökumətinin yarışın keçirilməsinə görə daha böyük məbləğ ödəmək istəməməsinə baxmayaraq, yarışın 2011-ci ildən sonra təqvimdə qalaması üzrə danışıqlar davam edir. Formula1-in kommersiya başçısı Berni Ekklstoun Türkiyədən yarışa görə 26 milyon dollar tələb edib, bu isə əvvəlki məbləğdən iki dəfə çoxdur. Yeni məbləğ Türkiyə üçün çox böyükdür, amma Qran Prinin promouterləri danışıqların bir neçə ay uzanmasına hazırdırlar.

İstanbul Ticarət Palatasının prezidenti Murat Yalçıntaş hesab edir ki, hələ heç nə qurtarmayıb…

Murat Yalçıntaş: “Bu il Türkiyə Qran Prisinin taleyində həlledici olacaq. Qarşıdakı danışıqlardan sonra məlum olacaq ki, Türkiyə Qran Prisi təqvimdə qalacaq yoxsa yox.

Tərəflər hələ rəsmi bəyanatlarla mübadilə etməyiblər. Yeganə məlum olan budur ki, cənab Ekklstoun bizdən illik 26.5milyon dollar ödəmə tələb edir və Türkiyə hökumətinin reaksiyası mənfi olub.”

Yarışın taleyinin həll olunması müddəti barədə suala cavab verərkən, Yalçıntaş deyib: “Konkret tarix söyləmək çətindir, çünki keçən illərdə FOA (Formula One Administration) gələn mövsümün təqvimini müxtəlif vaxtlarda elan edib. Amma biz hesab edirik ki, son bəyanat avqust-sentyabr aylarında veriləcək. Ona görə də, xüsusən Bəhreyn Qran Prisi ilə bağlı vəziyyəti də nəzərə alsaq, bizim müzakirələr yayın sonuna qədər uzanacaq.

Son 30 ildə Türkiyə dünya səviyyəli bir çox yarış qəbul edib və bunlardan biri də Formula1 olub. Biz başa düşürük ki, yarışların keçirilməsi ənənəsini saxlamaq yeni avtodromlarda yarış təşkil etməkdən çox vacibdir.

Məsələnin kommersiya tərəfinə gəlincə, Qran Pri əsasən qonşu ölkələrin, Yunanıstan, Bolqarıstan, Rusiya və başqa ölkələrin azarkeşlərinin diqqətini cəlb edirdi. Amma ölkənin iqtisadiyyatının Formula1-dən asılı olmasını demək çətindir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*