Türkiyə Qran Prisi: Tras

Türk höküməti və iş adamları böyük bir plan hazırlayaraq qısa müddətdə onu həyata keçirdilər. Çoxları hesab edirdilər ki, belə tələskənlik […]

Türk höküməti və iş adamları böyük bir plan hazırlayaraq qısa müddətdə onu həyata keçirdilər. Çoxları hesab edirdilər ki, belə tələskənlik keyfiyyətdə özünü göstərəcək, amma ilk yarış düz vaxtında keçirildi, sürücülər və jurnalistlər isə təşkilatçılara kompliment söyləməkdən yorulmurdular. Amma şaiyələr gəzir ki, bu il yarış sonuncu dəfə keçiriləcək – Berni Ekklstoun və yarışın təşkilatçıların yarışın dəyərində orta məxrəcə gələ bilməyiblər.

Avtodrom üçün şəhərin Asiya hissəsində Tuzla yaxınlığında dağlıq sahə ayrılmışdı. Bu ərazinin yerli relyefi o qədər maraqlı idi ki, German Tilkeyə bu relyeflə yalnız trasın sxemini uzlaşdırmaq qaldı. Aydındır ki, Qran Prinin texniki təminatı yüksək səviyyədədir, beləki hələ layihədə geniş təhlükəsizlik zonaları, komandalar üçün geniş bokslar və sair rahatlıqlar nəzərdə tutulmuşdu.

tur2

Tarix: 6-8 may 2011-ci il
Tras: İstanbul Speed Park
Dövrənin uzunluğu: 5338 m
Dövrələrin sayı: 58
Ümumi məsafə: 309.396 km

Tras kifayət qədər sürətli alınıb, bəzi sahələr Spadakı məşhur O’Ruju xatırladır, burada döngədən çıxış döngəyə daxil olma dəqiqliyindən və sürət rejiminə riayət etməkdən asılı olur. İstanbul trasının asfaltı sürüşkəndir, trayektoriyanın ətrafı çirklidir, ona görə kiçik bir səhv dövrədə nəticəyə təsir edir. Xüsusilə səkkizinci döngə dəqiqlik tələb edir, bu döngə dörd kiçik sol döngədən ibarətdir – sürücülər zərgər dəqiqliyi ilə dörd apeks keçməlidirlər. Burada ötmək olar, amma hücum risk tələb edir – geniş təhlükəsizlik zonasında maşına xəta yetməyəcək, amma rəqibdən çox geri qalmaq olar.

tur3
Trasda ilk üç yarış isti avqust ayında keçirilmişdi, daha sonra isə yarışın keçirilmə vaxtı may-iyun aylarına təsadüf edir. İstanbul Speed Park trasında hərəkət saat əqrəbinin hərəkətinin əks istiqamətindədir, ona görə çox şey sürücülərin fiziki hazırlığından və soyutma sistemlərinin effektliyindən asılı olacaq. Bu trasda ilk yarışı Kimi Rəykkönen, sonrakı üç yarışı isə Felipe Massa pouldan start almaqla qazanıblar, son iki ildə isə McLaren-in hazırkı sürücüləri Lyuis Həmilton və Censon Batton birinci olublar, amma hər iki halda poulu Red Bull sürücüləri Sebastyan Fettel və Mark Uebber qazanmışdılar. Bu il də qələbə əsas namizəd adları çəkilən sürücülərdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*