26 Sentyabr 2018, Çərşənbə - 01:01

Türkiyə Qran Prisi təqvimə qayıdır?

Türkiyə Qran Prisi təqvimə qayıdır?

Müəllif: Rauf Hacıyev, redaktor

18:27 - 11 Aprel, 2017

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Formula1-in yeni rəhbəri Çeyz Kerini Prezident İqamətgahında qəbul edib.

F-1.az xatırladır ki, Türkiyə yarışı Formula1-də 2005-ci ildə debüt etmiş və 2011-ci ilə qədər İstanbul Park trasında keçirilmişdi. Amma daha sonra Formula1-in sabiq rəhbəri Berni Ekklstoun iştirak haqqını artırdığı üçün Türkiyə höküməti müqaviləni uzatmaqdan imtina etmişdi.

Amma belə görünür ki, yanvar ayında Formula1-in səhmlərini satın almış Liberty Media şirkəti Türkiyənin təqvimə qayıtmasında maraqlıdır. Belə ki, Formula One Group-un başçısı Çeyz Keri ilə Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyədə görüşüblər və Motorsport.Com-un Türkiyədən verdiyi xəbərə əsasən, danışıqlar müsbət yönümlü olub. Xəbərlərə əsasən, İstanbul Park trası gələn il təqvimə qayıda bilər.

Xatırladaq ki, gələn il Malayziya yarışı keçirilməyəcək. Əvəzində isə Almaniya və Fransda yarışları təqvimə qayıdacaqlar. Belə olan halda isə təqvimdə 22 yarış olacaq. Amma reqlamentə əsasən, təqvimdə 21 yarış olmalıdır. Bəs Liberty Media belə olan halda nə edəcək? Reqlamenti dəyişəcək yoxsa təqvimdən bir yarışı çıxaracaq?


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 943
Teqlər , , , ,
Paylaş

logo