Türkiyə hökuməti Qran Prini maliyyələşdirməkdən imtina edir

Dünən Türkiyə Avtomobil İdmanı Federasiyasının sədri Dəmir Bərbəroğlu bildirmişdi ki, Türkiyə Qran Prisi dünya çempionatının təqviminə qayıda bilər. Çox güman […]

Dünən Türkiyə Avtomobil İdmanı Federasiyasının sədri Dəmir Bərbəroğlu bildirmişdi ki, Türkiyə Qran Prisi dünya çempionatının təqviminə qayıda bilər. Çox güman ki, yarışın potensial promouterləri Berni Ekklstoun və Formula One Management-lə (FOM) tam razılıq əldə ediblər, çünki FİA-nın Ümumdünya Şurası təcili qaydada təqvimə dəyişiklik edib.

Layihənin həyata keçməsi üçün hökumətin maliyyə dəstəyi lazımdır, yerli mətbuatın bildirdiyinə görə, təşkilatçıların 13.5 milyon dollara ehtiyacları var. Amma ölkənin Gənclər və İdman naziri Suat Kılıç bildirib ki, hökumət uzunmüddətli və bahalı layihəni maliyyələşdirmək fikrində deyil…

Suat Kılıç: “Əgər hər hansı bir şəxsi şirkət Formula1 yarışının keçirilməsini istəyirsə, özü bunu maliyyələşdirə bilər. Amma biz Formula1 yarışını maliyyələşdirə bilmərik və ya hansısa bir şirkətə yarış keçirmək üçün maliyyə dəstəyi edə bilmərik.

Bizim hökumət beş il təşkilatçılara 13 milyon dollar ödəyirdi, amma yarışdan əldə olunan gəlir təşkilatçılara qalırdı, hökumətin isə heç bir xeyri olmurdu…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*